Azərbaycan Mərkəzi Bankı (AMB) iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib.
Redaksiya bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən “TAHK” MMC-nin vəzifəli şəxsi 2 000 manat, Şirvan şəhər Məhkəməsinin qərarı ilə Məcəllənin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən “Anex Lombard” MMC-nin vəzifəli şəxsi 2 000 manat, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Məcəllənin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən “Azmaş lizinq” MMC 21 000 manat, onun vəzifəli şəxsi isə 3 000 manat cərimə edilib.
TREND
- “Qeyd-Sosial Maarifləndirmə” İB ilə “Loqos” arasında memorandum imzalanıb
- Ədliyyə Nazirliyində peşə bayramı: “Müasir tələblərə uyğun fəaliyyət…”
- Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
- Elçin Babayevin BDU dövrü: Tələbəyə qayğı, şəhid övladlarına diqqət, təhsilə töhfə və yadda qalan təşəbbüslər
- Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
- Sevinc Maniyeva vəfat etdi
- Elçin Babayev Ramiz Mehdiyevin tapşırığı ilə Çexiyada Eldar Həsənovla görüşübmüş – SENSASİYA
- Deputatdan nazirliklərə xəbərdarlıq: “Parlamentdə adlarını çəkəcəyəm”


