ABŞ-ın Kaliforniya əyalətində atışma olub.
BAKU.NEWS xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, atışmada 6 nəfər ölüb, xeyli sayda yaralı var. Hüquq-mühafizə orqanlarının məlumatına görə, silahlı hücumu təşkil edən şəxs öldürülüb.
Polis insanları hadisənin baş verdiyi əraziyə gəlməməyə çağırıb. İnsidentin səbəbləri araşdırılır və faktla bağlı cinayət işi açılıb.



