Bakının Xətai rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxsdən 5 kiloqram heroin aşkar edilib.
DİN Mətbuat xidmətindən BAKU.NEWS-a verilən məlumata görə, əvvəllər məhkum edilmiş paytaxt sakini Tariyel Quliyev Əhmədli qəsəbəsi ərazisində tutularaq istintaqa təqdim edilib.
Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman 5 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib. Tariyel Quliyev paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


