Tbilisidə Tsitsişvili adına Uşaq Xəstəxanasında koronavirusa yoluxan 4 aylıq körpə vəfat edib.
BAKU.NEWS xəbər verir ki, uşaq xəstəxanaya dekabrın 31-də yerləşdirilib. Bununla son həftə ərzində klinikada COVID-19-dan ölən körpələrin sayı ikiyə çatıb. Hazırda xəstəxanada 50 uşaq müalicə olunur, onlardan birinin vəziyyəti ağırdır.


