Oktyabrın 16-dan 22-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 156 yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.NEWS-a verilən məlumata görə, ötən həftə analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 833 min 955 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 823 min 439 nəfər müalicə olunaraq sağalıb, 10 min 353 nəfər vəfat edib. Aktiv xəstə sayı 163 nəfərdir.
Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 415, bu günə qədər isə ümumilikdə 7 milyon 699 min 775 test icra olunub.


