Respublika Fənn Olimpiadalarının Bakı şəhər mərhələsinin nəticələri açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1 404 şagirdi olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.
Onlardan 430 nəfər Azərbaycan dili və ədəbiyyatı, 91 nəfər biologiya, 118 nəfər coğrafiya, 101 nəfər fizika, 32 nəfər informatika, 99 nəfər kimya, 342 nəfər riyaziyyat, 191 nəfər isə tarix fənni üzrə şəhər turunda müvəffəqiyyət əldə edib.


