“Ziraat Bank Azərbaycan” ASC bu ilin yanvar-sentyabr aylarını 20,958 milyon manat xalis mənfəətlə başa vurub.
Redaksiya Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur.
9 ayda “Ziraat Bank Azərbaycan”ın əməliyyat gəlirləri 103,679 milyon manat (1 il əvvələ nisbətən 37,9 % çox), əməliyyat xərcləri 66,96 milyon manat (45,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 10,367 milyon manat (77,2 % çox), gözlənilməz gəlirləri 80 min manat (24,5 % az), mənfəət vergisi ödəmələri isə 5,475 milyon manat (6,9 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə “Ziraat Bank Azərbaycan”ın aktivləri 1 milyard 616,627 milyon manat olub ki, bu da illik müqayisədə 31 % çoxdur. Bunun 924,568 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 29,1 % böyüyüb.
Hesabat dövründə “Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 32,8 % artaraq 1 milyard 433,376 milyon manata, o cümlədən depozit portfeli 39 % artaraq 874,105 milyon manata, balans kapitalı isə 18,7 % artaraq 183,252 milyon manata çatıb.
Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin “Ziraat Bank”ına, 0,01%-i “Zıraat Sıgorta” şirkətinə, 0,01%-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.
TREND
- ABB-nin vaxtı keçmiş kreditlərinin həcmi 387 milyon manata çatıb
- “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!
- Energetika Nazirliyində kollegiya iclası keçirilib
- Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
- Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
- “Biokor” istehsal müəssisəsinə məxsus qida məhsulu məhv edilib
- “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
- “Ziraat Bank Azərbaycan” maliyyə vəziyyətini açıqlayıb


