Azərbaycanda bankçılıq fəaliyyəti göstərən “Ziraat Bank Azərbaycan” ASC-nin 15 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsi başa çatıb. İnvestorlar tərəfindən istiqrazlara ümumilikdə 45,36 milyon manatlıq sifariş verilib ki, bu da təklif olunan həcmdən 3 dəfədən çoxdur.
Bu barədə Bakı Fond Birjası (BFB) məlumat yayıb.
Məlumata əsasən, bankın hər birinin nominal dəyəri 100 manat olan 150 min ədəd istiqrazı 30 oktyabr 2026-cı il tarixində tam həcmdə yerləşdirilib.
İstiqrazların illik gəlirliliyi 10%, tədavül müddəti isə 12 aydır. Faiz gəlirləri investorlara hər üç aydan bir ödəniləcək. İstiqrazlar təmin edilməmiş qiymətli kağızlardır.
Oktyabrın 16-dan 29-dək davam edən abunə yazılışında 104 investor iştirak edib. Ümumilikdə 110 sifariş təqdim olunub və onların hamısı icra edilib. Sifarişlərin nominal dəyərlə ümumi həcmi 45,36 milyon manat təşkil etdiyi halda, faktiki yerləşdirilən istiqrazların dəyəri 15 milyon manat olub.
Beləliklə, istiqrazlara tələb təklifdən 30,36 milyon manat və ya təxminən 202,4% çox olub.
Yerləşdirmə üzrə anderrayter Azərbaycanda investisiya xidmətləri göstərən “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub.
BFB-nin Listinq Komitəsinin qərarı ilə AZ2002019605 ISIN kodlu istiqrazlar birjanın Standart Bazar Listinq seqmentinə daxil edilib.
TREND
- YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
- “Paşa Sığorta”nın istiqraz portfelində ciddi azalma – 43 milyon manat “əriyib”
- Sevda Hacıyeva ölkə başçısı tərəfindən təltif edilib
- İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib – Siyahı
- YAP Hacıqabul rayon təşkilatında yeni strateji hədəflərin icrası müzakirə olunub
- “Kristal”ın sahibləri nə qədər qazanır? – RƏQƏMLƏR
- Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib
- “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalında “Meyvələr” kolleksiyası nümayiş olunub


