Azərbaycanda baza ssenarisi üzrə illik inflyasiyanın həm 2026-cı ildə, həm də 2027-ci ildə isə 5,9 % olacağı gözlənilir.
BAKU.NEWS bu barədə Redaksiya-ya istinadən xəbər verir.
“Baza ssenari üzrə proqnozlar dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin sabit qalmasını nəzərdə tutur”, – deyə AMB bəyan edib.
Bundan əvvəl qurum illik inflyasiyanın 2026-cı ildə 6,1 %, 2027-ci ildə isə 5,8 % olacağını bəyan etmişdi.
“İllik inflyasiya hədəf diapazonu (4±2%) daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5,5% təşkil edib ki, bu da avqustdakı analoji göstəriciyə nəzərən 0,2 faiz bəndi aşağıdır. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 %, ödənişli xidmətlər üzrə 5,1 %, qeyri-qida məhsulları üzrə isə 3,6 % olub. İllik baza inflyasiya 4,9 % təşkil edib.
İnflyasiya üzrə risklər əsasən beynəlxalq mühitlə bağlıdır. Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də bu artımın əsas ticarət tərəfdaşları vasitəsilə daxili qiymətlərə ötürülməsi riski əhəmiyyətli olaraq qalır. Bu ötürülmənin dərəcəsi, digər amillərlə yanaşı, manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacaq. Növbəti dövrdə AMB-nin inflyasiya proqnozları əsasən bu risklərin reallaşma miqyasından asılı olaraq yenilənəcək. Mövcud fiskal və pul siyasəti şəraitində daxili tələbin inflyasiya təzyiqlərini əhəmiyyətli dərəcədə artıracağı gözlənilmir”, – deyə AMB bəyan edib.
TREND
- İcbari Sığorta Bürosu beynəlxalq akkreditasiyaya layiq görülüb
- Bakı Beynəlxalq İncəsənət Festivalının təntənəli açılış mərasimi keçirilib
- Fərid İsrafilzadə yeni vəzifəyə təyin edilib
- AZCON Holding-in təşəbbüsü ilə böhran kommunikasiyası üzrə təlimlər keçirilib
- Mərkəzi Bankın valyuta ehtiyatları artıb
- Beynəlxalq hüquq niyə hamıya eyni cür tətbiq olunmur? – Azərbaycanın ikili standartlara qarşı mövqeyi
- Azərbaycanda pul baratları üzrə saldo 70 % artıb
- Azərbaycanda dollar satışı kəskin artıb – AMB RƏSMİ AÇIQLAMA VERDİ


