AZCON Holding şirkətlərindən olan ASCO-nun, eləcə də SOCAR-ın birgə müəssisəsinə məxsus “Aframax” tipli “Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiyalar siyahısından çıxarılıb və ona münasibətdə tətbiq edilmiş sanksiyalar tamamilə ləğv edilib.
Müvafiq qərar Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) tərəfindən 7 iyul 2026-cı il tarixində qəbul olunub.
Məsələnin müsbət həlli Azərbaycan dövləti tərəfindən əlaqələndirilmiş diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.
Xatırladaq ki, cari ilin aprel ayında Avropa İttifaqı Şurasının müvafiq qərarı ilə ASCO-ya məxsus “Zaqatala” gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi”” və “Zəngəzur” tankerləri Avropa İttifaqının da sanksiyalar siyahısından çıxarılıb.
TREND
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- ASAN Xidmətin Xorvatiyada tətbiqi müzakirə olunub
- Bakı metrosu ilə ötən ay 14 milyondan çox sərnişin daşınıb
- Azərbaycan Ombudsmanı ukraynalı həmkarı ilə görüşüb
- Lətif Kərimovun Vyanada 120 illik yubileyi qeyd olunub
- Xankəndidə II Qarabağ Təhsil Forumu keçirilib – “ÖyrədənSƏN” devizi altında müəllimlər bir araya gəlib
- Mastercard dünyanın ən yaxşı 20 şirkəti sırasında yer alıb
- Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT


