Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq.
BAKU.NEWS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı bildirib.
“2020-ci ilin sonunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdı. Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq”, – deyə Prezident qeyd edib.


