Azərbaycan Mərkəzi Bankı “Portmanat” brendinin sahibi olan “Mobile Payment Solutions” MMC-də keçirdiyi yerində yoxlama zamanı qanunvericilik və normativ aktların tələblərinin pozulması hallarını aşkarlayıb.
BAKU.NEWS Redaksiya-ya istinadən xəbər verir ki, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün şirkətə icrası məcburi olan göstərişlər verilib.
Tədbirlər “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən tətbiq edilib. Həmin maddələr Mərkəzi Banka nəzarət etdiyi təşkilatlarda pozuntuların aradan qaldırılmasını tələb etmək və müvafiq təshih tədbirləri görmək səlahiyyəti verir.
Şirkətdə aşkarlanmış pozuntuların konkret nədən ibarət olduğu açıqlanmayıb.
Qeyd edək ki, “Mobile Payment Solutions” MMC “Portmanat” brendi altında fəaliyyət göstərən elektron pul təşkilatıdır. Şirkətə 2024-cü il iyulun 8-də Mərkəzi Bank tərəfindən müddətsiz lisenziya verilib. Lisenziya ödəniş hesablarına nağd vəsaitin mədaxili və məxarici, ödəniş əməliyyatlarının icrası və ekvayrinqi, elektron pulun emissiyası və elektron pulla əməliyyatları əhatə edir. Şirkətin rəhbəri Vüsal Mirzərəhim oğlu Həsənovdur.
TREND
- MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
- Çinin modernləşməsinin idarəetmə əsasları – 5-ci Plenumda nələr müzakirə edildi?
- KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb
- Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs olunub – BİRGƏ MƏLUMAT
- ASK ilə ADFIMI arasında memorandum imzalanıb
- Zəfər günü ərəfəsində Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək
- “ASAN xidmət” kollektivi Zəfər Gününü qeyd edib
- Azərbaycanda “Quşçuluq qrupu” fəaliyyətə başlayıb


