Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına yeni direktor təyin olunub.
BAKU.NEWS xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Yusif Eyvazov təyin olunub.
Qeyd edək ki, Yusif Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.


