Bakıda dozadan artıq narkotik vasitə qəbul edən şəxs ölüb.
BAKU.NEWS-un əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində (“Xutor” adı ilə tanınan ərazi) baş verib. Həmin küçədəki mənzillərdən birində 1974-cü il təvəllüdlü V.Hacıyev narkotikin təsirindən ağır vəziyyətə düşüb. O, xəstəxanaya aparılarkən ölüb.
Bildirilir ki, 48 yaşlı V.Hacıyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı da yaşayıb.
Faktla bağlı araşdırma aparılır.


