Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı Müqəddəs Sultanov çıxış edir.
BAKU.NEWS-un məlumatına əsasən, Müqəddəs Sultanov bildirib ki, Vaqif Xaçatryanın cinayət işi o qədər də sadə bir məsələ deyil.
“Biz Vaqif Xaçatryanın yaxalandığı andan etibarən istintaq prosesini diqqətlə izləmişik. Vaqif Xaçatryan Penitensiar Xidmətin əməkdaşlarının alicənab davranışı ilə üzləşib. İstintaq prosesində ona qarşı hər hansı təzyiq olmayıb. Bu, Azərbaycan xalqının alicənablığıdır. Amma xatırlayırsınızsa, Ermənistanda vaxtilə mühakimə edilmiş şəxslər hansı işgəncə və təzyiqlərlə üzləşiblər. Biz isə Vaqif Xaçatryana yüksək alicənablıq göstərdik”, – deyə o əlavə edib.


