Görkəmli şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş VIII superturnirin açılış mərasimi olub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Vüqar Həşimova həsr olunmuş videoçarx nümayiş edilib.
Gənclər və idman naziri Fərid Qayıbov və Vüqar Həşimovun atası, Memorialın Təşkilat Komitəsinin sədri Qasım Həşimov açılışda çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
“Vüqar Həşimov Memorialı-2022”də 7 ölkə – Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edir. Memorial rapid və blits üzrə təşkil olunacaq.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 24-dək “Fairmont Baku” hotelində davam edəcək.


