Hesablama Palatası “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəy verib.
BAKU.NEWS bu barədə Redaksiya-ya istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda ilk olaraq büdcə layihəsinə Rəy müzakirə edilib. Qeyd olunub ki, Rəy dövlət büdcəsi haqqında Qanun layihəsinin və onunla birlikdə təqdim edilmiş aidiyyəti sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğunun, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri və xərclərinin, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyünün və tamlığının qiymətləndirilməsini əhatə edir.
Kollegiya iclasında Rəydə təqdim olunan əsas nəticələr və tövsiyələr ətraflı müzakirə edilib, müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb. Yekunda Rəyin təsdiq olunaraq Milli Məclisə təqdim edilməsi barədə qərar qəbul edilib.
Daha sonra iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üçün büdcə layihəsinə Hesablama Palatasının Rəyi müzakirə olunub. Həmin Rəy üzrə aparılmış təhlillərin nəticələri və irəli sürülmüş tövsiyələr Kollegiya üzvlərinin müzakirəsinə çıxarılıb. Yekunda Rəyin təsdiq edilməsi və Milli Məclisə göndərilməsi ilə bağlı qərar verilib.
TREND
- Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
- İnsan gördüyünü deməli, inandığı mövqenin arxasında dayanmalıdır
- Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb
- Azərbaycanın investisiya üstünlüyü: istehsaldan regional ixraca
- Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb
- Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinin layihəsinə rəy verib
- Nəzarət tədbirləri davam edir – İCMAL
- Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib


