“Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 354 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,2 dəfə azdır.
Ötən il “Viator Mikrokredit Azərbaycan”ın vergiyəqədərki mənfəəti 359 min manat (əvvəlki ilə nisbətən 2,5 dəfə az), mənfəət vergisi ödəmələri isə 4 min manat (26,5 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Viator Mikrokredit Azərbaycan”ın aktivləri 10,29 milyon manat olub ki, bu da illik müqayisədə 21,3 % çoxdur. Bunun 9,266 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 19,2 % böyüyüb.
Hesabat dövründə “Viator Mikrokredit Azərbaycan”ın öhdəlikləri 62,1 % azalaraq 4,012 milyon manata düşüb, balans kapitalı isə 4,5 % artaraq 6,278 milyon manata çatıb.
Xatırladaq ki, “Viator Mikrokredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır.
TREND
- AQEM-in iştirakçıları “ASAN xidmət”də
- İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu
- Fitch: Azərbaycanın suveren xarici aktivləri bu il 91 milyard dollara çatacaq
- Banklara krediti olanların NƏZƏRİNƏ – Bu hallarda borclarınız SİLİNƏCƏK
- Bu sahibkarların işıq və qaz xərclərini dövlət QARŞILAYACAQ
- Mühafizə olunan duracaqlarda ödəniş qaydası dəyişdi – QƏRAR
- Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya
- Polkovnik Əflatun Məmmədov rüşvətə görə həbs edildi


