Bəlkə də Yeni Klinikaya ayaq basmayan sayca az jurnalistlərdən və vətəndaşlardan biriyəm. Barat Yusubovu da tədbirlərdən tanıyıram.
Bu yaxınlarda bir vətəndaşın problemi ilə bağlı ona yazmışdım. Geri dönüş etdi, məsələni yönləndirdi, xidmət göstərilməsi üçün tapşırıq verdi. Bu, mənim gördüyüm real münasibətdir.
Yeni Klinika Azərbaycanda beynəlxalq standartlara cavab verən ilk klinikalardan biridir. Bəlkə elə buna görə də insanlar ən çox ora üz tutur, nəticədə uzun növbələr yaranır. Amma bu növbələrin səbəbi tək bir rəhbər deyil. Sabah başqa “Baratlar” gəlsə də, sistem dəyişməsə, problem yenə qalacaq.
Ona görə baş həkimlərin işdən çıxarılması və ya təyinatı ilə bağlı xəbərləri “ordan-burdan”, “qaçdı-tutdu” prinsipi ilə yaymağı doğru hesab etmirəm. Bu, nə həkimlərin fəaliyyətinə hörmətdir, nə də mətbuata açıq olmalı olan TƏBİB-in informasiya siyasətinə uyğun yanaşmadır.
Biz çox görmüşük: gedən rəhbər tənqid olunub, gələn isə ondan da pis çıxıb. Ona görə bir nəfərin gedişi ilə böyük ümid, bir nəfərin qalması ilə böyük faciə yaratmağa dəyməz.
Qısası adların dəyişməsi çox şeyi həll etmir.
Anews.az xəbər portalının redaktoru
Gülnar Nazimqızı
TREND
- Vurulan gəmi Mübariz Mənsimova məxsusdur? – Video
- Azərbaycanda ilk beynəlxalq yük hava limanı bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK
- AQEM-in iştirakçıları “ASAN xidmət”də
- İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu
- Fitch: Azərbaycanın suveren xarici aktivləri bu il 91 milyard dollara çatacaq
- Banklara krediti olanların NƏZƏRİNƏ – Bu hallarda borclarınız SİLİNƏCƏK
- Bu sahibkarların işıq və qaz xərclərini dövlət QARŞILAYACAQ
- Mühafizə olunan duracaqlarda ödəniş qaydası dəyişdi – QƏRAR


