Xəbər verdiyimiz kimi, bu gün magistratura səviyyəsinə qəbul imtahanı keçirilib.
BAKU.NEWS-un Dövlət İmtahan Mərkəzinin (DİM) saytına istinadən məlumatına görə, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Qeyd edək ki, imtahanlar respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılıb.
İmtahanda iştirak üçün 19885 bakalavr ərizə təqdim edib. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.


