Valentin Morozov “Unibank” KB İdarə Heyətinin sədri təyin olunub.
V.Morozov uzun illər nüfuzlu banklarda rəhbər vəzifələrdə çalışıb. Bankın maliyyə sektorunda uzunmüddətli təcrübəyə malikdir. O, təhsilini New York University, University of Colorado və London Business School kimi ali təhsil müəssisələrində alıb.
Qeyd edək ki, “Unibank” Kommersiya Bankı ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Bankın İdarə Heyəti yenidən təsdiqlənib.
Səhmdarların qərarı ilə David Qabelaşvili İdarə Heyətinin yeni üzvü kimi təsdiq edilib. O, İdarə Heyətinin üzvü olmaqla yanaşı, Baş Maliyyə İnzibatçısı vəzifəsinə təyin olunub. Müxtəlif maliyyə qurumlarında iş təcrübəsi olan, D. Qabelaşvili TBC Uzbekistan-da maliyyə direktoru vəzifəsində çalışıb. O, Tbilisi Dövlət Universitetində və ProCredit Academy-də təhsil alıb.
“Unibank” İdarə Heyətinin digər üzvləri isə İdarə Heyəti sədrinin müavini Heybət Qədirov, Baş Risk və Komplayens İnzibatçısı Andrii Qrab, Pərakəndə Biznes və Marketinq üzrə Baş İnzibatçı İlkin Quliyevdir.
“Unibank” KB səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Vladimir Aleksandroviç Urbanskiy Müşahidə Şurasının müstəqil üzvü təyin edilib. V. Urbanskiy bir sıra maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb və bank-maliyyə sektorunda uzunmüddətli təcrübəyə malikdir. O, Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur.
TREND
- Ada Süleyman ad gününü keçirdikdən sonra qəzaya düşdü, öldü
- Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb
- “Qeyd-Sosial Maarifləndirmə” İB ilə “Loqos” arasında memorandum imzalanıb
- Ədliyyə Nazirliyində peşə bayramı: “Müasir tələblərə uyğun fəaliyyət…”
- Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
- Elçin Babayevin BDU dövrü: Tələbəyə qayğı, şəhid övladlarına diqqət, təhsilə töhfə və yadda qalan təşəbbüslər
- Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
- Sevinc Maniyeva vəfat etdi


