Türkiyənin Rəqabət Şurası “Meta” (“Facebook”, “Instagram” və “WhatsApp” platformalarının sahibidir) transmilli texnologiya şirkəti ilə bağlı araşdırmaya başlayıb.
Araşdırmaya “WhatsApp” istifadəçilərinin “Meta AI” istisna olmaqla digər virtual assistentlərə və çat-botlara çıxış imkanlarının məhdudlaşdırılması ilə bağlı şikayətlər səbəb olub.
Hərtərəfli araşdırmanın yekununda “Meta” şirkətinin bazardakı dominant mövqeyindən sui-istifadə edib-etmədiyi müəyyənləşdiriləcək.
Rəqabət Şurasında bildiriblər ki, Türkiyədə milyonlarla istifadəçinin “WhatsApp”dan yararlandığını nəzərə alaraq, məqsəd rəqəmsal bazarlarda rəqabətin qorunmasını təmin etməkdir.
“Meta” şirkətinə “WhatsApp” vasitəsilə xidmət göstərilərkən süni intellekt əsaslı rəqib çat-botlar üçün maneələr yaratmamaq tapşırılıb. Bu tələblərin yerinə yetirilməsi üçün şirkətə bir ay vaxt verilib. Əks halda “Meta” iri məbləğdə cərimə ilə üzləşə bilər.
Ekspertlərin fikrincə, Türkiyənin Rəqabət Şurasının apardığı araşdırma rəqəmsal platformalarda istifadəçilərin seçim azadlığı baxımından mühüm əhəmiyyət kəsb edir. (Azərtac)
TREND
- Qəzadan sağ çıxdı, yenidən uçuşa qayıtdı – “Rəşadət” ordenli Aydanla səmada duyğulu görüş
- ASCO-da yeni dövrün prioritetləri müəyyənləşdirildi – Tapşırıqlar verildi
- Xaricdə İŞİD-ə qoşulan azərbaycanlılar tutuldu– Biri hərbi təlim keçib
- YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib
- Nərmin Daşdəmirbəyli YAP-ın ərazi partiya təşkilatına sədr seçildi
- Qax rayonunun turizm potensialı və kənd turizminin inkişafı
- Bu xanıma “Azerconnect Group”da yüksək vəzifə verildi
- Britaniya vətəndaşı “PAŞA Bank”ın sədrinə müşavir təyin olunub


