Türkiyədə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Çindən alınan “Sinovac” vaksinini ilə kütləvi peyvəndləmə qrafikə uyğun davam edir.
BAKU.NEWS bildirir ki, hazırda peyvənd olunanların ümumi sayı 2.7 milyon nəfərə çatıb. Prosesin qrafikə uyğun və fasiləsiz davam etməsi deməyə əsas verir ki, bu göstərici yaxın günlərdə 3 milyona çatacaq. Rəsmi məlumata görə, fevralın 11-dən başlayaraq peyvənd olunanlara ikinci doza tətbiq ediləcək. Təlimata uyğun olaraq, ikinci doza 28 gündən sonra vurulur. Ölkədə ikinci doza üçün yetərli vaksin ehtiyatı mövcuddur.


