Qəzzada xəstəxanaya atılan raket nəticəsində həyatını itirənlər üçün Türkiyədə 3 günlük milli matəm elan ediləcək.
Türkiyənin NTV kanalının yaydığı məlumata görə, milli matəmin bu gün dərc olunacaq Prezident Fərmanı ilə başlayacağı gözlənilir.
AK Partiya sözçüsü Ömər Çelik məsələ ilə bağlı açıqlama verib:
“Bu, böyük millətimizin Fələstindəki məzlumlarla həmrəyliyinin və qəlbimizin onlarla olduğunun ifadəsidir”.
Xatırladaq ki, oktyabrın 17-si axşam saatlarında Qəzzada yerləşən xəstəxanaya raket zərbəsi endirilib.


