“TuranBank” cari ilin yanvar-sentyabr aylarını 2 milyon 172 min manat xalis mənfəətlə başa vurub. Keçən ilin müvafiq dövründə bankın xalis mənfəəti 1 milyon 602 min manat təşkil etmişdi. Beləliklə, bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 36% və ya 570 min manat artıb.
Redaksiya bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə bankın faiz gəlirləri 13% artaraq 75 milyon 109 min manatdan 84 milyon 622 min manata çatıb. Bu artımda əsas pay müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin payına düşüb (69.16 milyon manatdan 78.86 milyon manata yüksəlib).
2026-cı ilin 30 sentyabr tarixinə “TuranBank”ın ümumi aktivləri 909 milyon 718 min manat təşkil edib. Bu, ötən ilin sonu ilə (907 milyon 176 min manat) müqayisədə 0.3% artım deməkdir. Bankın müştərilərə verdiyi kreditlər (məcmu kredit portfeli) 669 milyon 812 min manat təşkil edib.
“TuranBank”ın məcmu kapitalı 1.5% artaraq 106 milyon 417 min manata çatıb (ötən ilin sonunda: 104 milyon 806 min manat).
TREND
- “PAŞA Sığorta” üç KASKO hadisəsinə görə 150.000 manata yaxın zərəri ödəyib
- 8 Noyabr prospektindədə böyük tıxac – SƏBƏB
- Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir – FOTOLAR
- AzTU müəllimi Macarıstan universitetində tələbələrə mühazirə deyib
- Azərbaycan Sığortaçılar Assosiasiyası ilə QRAFT arasında əməkdaşlıq sazişi imzalanıb
- Kameral yoxlama zamanı nə etmək lazımdır? – VİDEO
- Neftçalanın icra başçısı səyyar qəbul keçirib
- Bu ilin 9 ayında 19,9 milyon ton neft, 37,9 milyard kubmetr təbii qaz hasil edilib


