Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Abas Misgərli Qazaxıstanın Almatı şəhərində keçirilən 4-cü Avrasiya Konqresi QRAFT-da iştirak edib.
30-dan çox ölkənin sığorta və maliyyə mütəxəssislərini bir araya gətirən konqresdə Abas Misgərli Azərbaycan sığorta bazarının mövcud vəziyyəti, həyata keçirilən islahatlar, əldə olunan nəticələr və gələcək fəaliyyət planları barədə məlumat verib.
Tədbir çərçivəsində Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Global Finance Association QRAFT arasında əməkdaşlıq haqqında saziş də imzalanıb.
Saziş birgə təhsil və tədqiqat layihələrinin həyata keçirilməsini, beynəlxalq təcrübə mübadiləsini, eləcə də aktuar modelləşdirmə, risklərin idarə edilməsi, süni intellekt və rəqəmsal transformasiya sahələrində əməkdaşlığı nəzərdə tutur.
Abas Misgərlinin sözlərinə görə, imzalanan saziş Azərbaycan sığorta bazarının beynəlxalq əlaqələrinin genişləndirilməsi və sektorun inkişafı istiqamətində atılan mühüm addımlardan biridir.
TREND
- “ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı”
- Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
- “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN
- Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir – AMB
- Prezident: Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib
- Bakının Əhmədli kəndinin tarixindən bəhs edən əsər işıq üzü görüb
- “PAŞA Sığorta” üç KASKO hadisəsinə görə 150.000 manata yaxın zərəri ödəyib
- 8 Noyabr prospektindədə böyük tıxac – SƏBƏB


