Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.NEWS APA’ya istinadən xəbər verir ki, hadisə rayonun keçid adlanan hissəsində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2106, VAZ -21099 və “Toyota Camry” markalı minik maşınları toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.


