Azərbaycan Milli Velosiped brendi olan “Toba” tələbələrə velosiped hədiyyə edib.
BAKU.NEWS xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, “TOBA” milli velosiped markasının dəstəyi ilə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində 30 gəncə velosiped hədiyyə edilib.
Qeyd edək ki, “Toba” velosipedləri 2021-ci ildən etibarən İsmayıllı velosiped zavodunda istehsal olunur. 60-dan çox velosiped çeşidi olan “Toba” brendi 2 yaşdan yuxarı bütün yaş qrupları üçün nəzərdə tutulub. Zavodda 40-dan çox yerli sakin işlə təmin olunub. Bunlardan əlavə işçilərin əksəriyyəti əlillik dərəcəsi olan insanlardır. Məqsəd region əhalisini işlə təmin etmək, Azərbaycan brendini inkişaf etdirmək və gələcəkdə milli brendi xaricə ixrac etməkdir.
C.Quliyev












