Rusiya Dövlət Duması QR kodla bağlı qanun layihəsini birinci oxunuşda dəstəkləyib
Rusiya Dövlət Duması vətəndaşların ictimai yerlərə yalnız koronavirusa qarşı peyvənddən sonra alınmış QR kodla buraxılması barədə qanun layihəsini birinci oxunuşda dəstəkləyib.
BAKU.NEWS xəbər verir ki, birinci oxunuşda qəbul edilmiş qanun layihəsinə əsasən, kütləvi tədbirlərə, mədəniyyət, ictimai iaşə və ticarət müəssisələrinə yalnız müvafiq “QR” kodu olan vətəndaşlar buraxılacaq.
Sənədə görə, xarici peyvənd vurdurmuş əcnəbi vətəndaşların ictimai yerlərə buraxılması məsələsi hələ öyrənilir və əcnəbilər mənfi nəticə qeyd olunmuş koronavirus testi təqdim edə bilərlər.
İctimai yerlərdə QR kod qaydaları Rusiyada 2022-ci il fevralın 1-dən iyunun 1-dək qüvvədə olacaq.


