ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) “Tesla”nın təxminən 20 min avtomobilin geri çağırılmasından yayınmaq üçün etdiyi müraciəti təmin etməyib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata əsasən, qərarın səbəbi bəzi avtomobillərin faralarının işıq intensivliyinin icazə verilən həddi aşması ehtimalıdır.
“Tesla” iddia edib ki, sözügedən uyğunsuzluq yol hərəkəti təhlükəsizliyinə risk yaratmır və bununla bağlı qəza və ya xəsarət halları qeydə alınmayıb. Bununla belə, NHTSA hesab edir ki, həddindən artıq parlaq faralar həm sürücülər, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yarada bilər.
Agentlik qeyd edib ki, bu, oxşar xarakterli ilk hal deyil. Belə ki, 2022-ci ildə NHTSA “General Motors”un işıqlandırma sistemindəki problemlərlə əlaqədar 820 min avtomobilin təmirindən yayınmaq cəhdini də rədd etmişdi. Həmin dövrdə bəzi LED faralarda həddindən artıq parıltının qüsur kimi tanınmasını tələb edən petisiya da qəbul edilməmişdi. Sənəddə “Tesla Model 3”, “Ford Bronco” və “Rivian R1T” modellərinin də adı çəkilmişdi.
ABŞ Avtomobil Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə görə, hər on sürücüdən altısı gecə vaxtı faraların həddindən artıq parlaq olmasını ciddi problem hesab edir. Respondentlərin təxminən dörddəüçü isə son on ildə bu problemin daha da kəskinləşdiyini bildirib.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


