Tərtər rayonunun Talış kəndində sursat aşkarlanıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Talış kəndi ərazisində xidmətdə olarkən 2 640 ədəd 7 62 çaplı patronlar aşkar edərək götürüblər.
Araşdırma aparılır.

