“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin sayı açıqlanıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə məkumatı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova bildirib.
O qeyd edib ki, TƏBİB-in tabeliyində olan 90 ümumi tibbi müəssisəsində ictimaiyyətlə əlaqələr üzrə 110 ştat vahidi, 83 çalışan işçi, 17 vakansiya və 3 ştat vahidi olmayan yer var.


