Hindistanın Aqra şəhərində (Uttar-Pradeş ştatı) Tac-Mahal məqbərəsindən azı min turist partlayış təhlükəsi səbəbindən təxliyə edilib.
BAKU.NEWS bildirir ki, “Hindustan Times”ın yerli polisə istinadən verdiyi məlumata görə, təcili təxliyə partlayışla bağlı anonim telefon xəbərdarlığından sonra həyata keçirilib.
Tac-Mahal kompleksi polis tərəfindən mühasirəyə alınıb. Təhlükəsizlik qüvvələri partlayıcı qurğunu axtarır.


