Azərbaycanlı sahibkarlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və aidiyyəti digər strukturlara Şuşada televiziya qülləsi tikmək üçün müraciət edib.
BAKU.NEWS “Report”a istinadla xəbər verir ki, bunu iş adamı – “Qartal” tikinti şirkətinin rəhbəri Şahin Məmmədov deyib.
Onun sözlərinə görə, tikiləcək qüllənin hündürlüyü 100 metr olması planlaşdırılır. Sahibkar hökumətin razılıq verəcəyi təqdirdə işə başlamağı düşünür.


