“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Suriya və İraqdan ölkəyə repatriasiya edilmiş 378 nəfərlə iş aparır”.
BAKU.NEWS bildirir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdir müavini Məftunə İsmayılova bildirib.
Onun sözlərinə görə, həmin şəxslərdən 22-si qadın, 356-i uşaqdır:
“Bu şəxslərdən hazırda 146 nəfəri ailədə yaşayır. 10-u qadın, 2-si uşaq olmaqla 12 nəfər isə repatriasiya prosesindən əvvəl ölkəyə qayıtmış şəxslərdir”.
Qeyd edək ki, repatriasiya prosesi 2018-ci ildən başlayıb.


