“Microsoft” şirkətinin hazırladığı süni intellekt əsaslı tibbi diaqnostika sistemi sınaqlarda həkimlərdən 2,3 dəfə daha dəqiq nəticələr göstərib. Tədqiqat real xəstələr üzərində deyil, əvvəlki tibbi hallar əsasında aparılıb.
Şirkətin məlumatına görə, “MAI-DxO” adlı sistemin imkanları “The New England Journal of Medicine” jurnalında dərc olunmuş 304 mürəkkəb tibbi hal üzərində yoxlanılıb.
Nəticələr göstərib ki, süni intellekt açıq mənbələrdən, o cümlədən, kitablardan və internetdən istifadə edən həkimlərlə müqayisədə təxminən 2,3 dəfə daha yüksək diaqnostik dəqiqliyə nail olub. Xarici mənbələrə müraciət etmədən diaqnoz qoyan həkimlərlə müqayisədə isə sistemin nəticələri 3,7 dəfə daha uğurlu olub.
Tədqiqatın nəticələri “Science” jurnalında dərc edilib. Bununla belə, araşdırmanın simulyasiya şəraitində, əvvəlki tibbi məlumatlar əsasında aparılması nəticələrin real klinik şəraitdə eyni dərəcədə uğurlu olacağına zəmanət vermir. (Qafqazinfo)
TREND
- Xəzərdə kütləvi balıq tələfatı baş verib
- Süni intellekt həkimləri üstələdi
- Evləri talayan şəxs tutuldu
- Bakıda kafedə kütləvi dava – Bir nəfər öldürüldü
- Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
- Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
- Ürək çatışmazlığının müasir müalicə yanaşmalarına həsr olunmuş seminar
- Ayxan Hacızadə: Qara dənizdə vurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilib


