Son günlər Azərbaycanda dövlət qurumlarını hədəf alan kiberhücumlar informasiya sistemlərinin dayandırılması, insanlara hər hansısa xidmətlərin əlçatanlığının qarşısının alınması məqsədi daşıyır.
Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Nadir Novruzov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, son hücumlar ilk növbədə bunların vaxtında aşkar olunması və yarada biləcəyi fəsadların minimallaşdırılması kimi çağırışlar yaradır: “Yəni hazırda mövzu kibertəhlükəsizlik yox, kiberdayanıqlıqdır: hər hansısa bir hadisə olduqda minimal zərər olsun və qısa zamanda qarşısı alınıb sistemlər bərpa olunsun. Dövlət qurumlarına kiberhücumları biz mütəmadi olaraq müşahidə edirik və bu, fasiləsiz olaraq tərəfimizdən izlənilən bir haldır. Amma son dövrlər, xüsusən də son bir həftə ərzində dövlət qurumlarına, onların informasiya ehtiyatlarına və informasiya sistemlərinə qarşı genişmiqyaslı kiberhücumların həyata keçirildiyini müşahidə edirik”.
N.Novruzov qeyd edib ki, bu hücumların konkerrt olaraq hansı ölkələrdən həyata keçirildiyini demək bir az çətindir: “Bunun səbəbi odur ki, DDoS hücumları, xüsusən də böyük həcmli DDoS hücumları həyata keçirilərkən botnet şəbəkələrdən istifadə olunur. Botnet şəbəkələr isə dünyanın müxtəlif yerlərində yoluxdurulmuş cihazlardır. Ona görə də biz DDoS hücumlarını dünyanın müxtəlif nöqtələrindən müşahidə edirik və konkret olaraq hər hansısa bir ölkənin hücum etdiyini demək çətindir”.
TREND
- Yelo Bank əmanətçilərin gəlirlərini kəskin azaltdı: 50 min manat yatıran 1 250 manat itirəcək
- 3 milyondan çox bəyannamənin 85 %-i vaxtında təqdim edilir – Samirə Musayeva
- Meyxanaçı vəfat etdi
- Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı
- “Çıraq Palace”da qonaqlara süni kürü “qırmızı kürü” adı ilə təqdim ediblər – VİDEO
- Azərbaycanda dövlət qurumlarını hədəf alan kiberhücumların məqsədi açıqlanıb
- Hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarəti gücləndirilir
- Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır


