Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının sərgidə əsas məqsədi hüquqi maarifləndirmə aparmaqdır. Maarifləndirmə fəaliyyətimiz qadın hüquqları, uşaq hüquqları, bərabərlik, ayrı-seçkiliyin qarşısının alınması və digər fərqli hüquqi mövzuları əhatə edir.
Bunu Ombudsman aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Araz Əsgərli deyib.
“Cəmiyyət müasirləşir və informasiya texnologiyalarına əlçatanlıq fərqli metodlar tələb edir. Bu baxımdan nəşrlərimizi təqdim edərkən onların elektron mənbələrdə də mövcud olduğunu çatdırmağa çalışırıq. Məqsəd odur ki, hər kəs istənilən vaxt bu nəşrlərdən yararlana bilsin, maariflənsin və cəmiyyətimiz üçün faydalı olsun. Məlumatlı olmaq və öz hüquqlarını bilmək cəmiyyətə faydalı fərd kimi töhfə verməkdə əvəzsizdir”, – deyə o qeyd edib.
Araz Əsgərli diqqətə çatdırıb ki, Ombudsmanın stendi yalnız adi vətəndaşlar üçün deyil, həm də ixtisaslı hüquqşünaslar üçün böyük maraq kəsb edir. Onlar da təqdim olunan hesabat, nəşr və maarifləndirici materiallarla tanış olaraq bunlardan öz fəaliyyətlərində istifadə edə bilərlər. (Azərtac)
TREND
- Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
- Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı
- Asif İbrahimov: “Heç bir qurum özünə qanunda nəzərdə tutulmayan səlahiyyət verə bilməz”
- Ombudsman aparatının stendi hüquqi maarifləndirmə mərkəzinə çevrilib
- Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb
- Nazlı Ana Fondu Mentorluq Proqramının icrasına başlayır
- “PAŞA Sığorta”nın xalis mənfəəti 2,6 milyon manatdan çox azalıb – HESABAT
- Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi batıb – Ölən var


