Yeddiqat Formula 1 çempionu Mixael Şumaxerin ailəsi Almaniyanın məşhur “Die Aktuelle” qəzetini məhkəməyə verib.
BAKU.NEWS “Ridus” nəşrinə istinadla xəbər verir ki, buna səbəb “Die Aktuelle” qəzeti öz üz qabığında Şumaxerin komadan sağaldıqdan sonra ilk eksklüziv müsahibəsini yayımlanması olub. Mətnin sonunda isə kiçik hərflərlə müsahibənin süni intellekt chatbotu tərəfindən yaradıldığı göstərilib.
Qəzetin bu hərəkəti Şumaxerin ailəsinin qəzəbinə səbəb olub və nəşri məhkəməyə verib.
Qeyd edək ki, yeddiqat Formula 1 çempionu Mixael Şumaxer xizək sürərkən aldığı kəllə-beyin travması səbəbindən koma vəziyyətində olduğu üçün 2013-cü ildən ictimaiyyət qarşısına çıxa bilməyib.
Sevinc Kərimova


