Skolioz onurğanın öndən baxıldığında yanlara doğru əyriliyi, 3 ölçülü deformasiyadır. Skolioz onurğanın ən çox görülən deformasiyasıdır. Etiologiyasında bir çox səbəb durmasına baxmayaraq heç bir səbəbə bağlana bilməyən əyriliklər idiopatik skolioz olaraq isimləndirilir. Ən çox deformasiyalar döş fəqərələrində, daha az isə bel fəqərələri səviyyəsində rast gəlinir.
BAKU.NEWS xəbər verir ki, bunu Nərimanov Tibb Mərkəzinin Travmatoloq ortopedi İlkin Əlizadə deyib.
Onun sözlərinə görə, erkən yaşlarda skolioz valideynlər tərəfindən döş qəfəsində assimetriya, kürək sümüklərinin birinin digərindən daha öndə olması kimi şikayətlərlə ortoped-travmatoloqa müraciəti ilə aşkarlanır. Skoliozda əyriliyin dərəcəsi Cobb bucağı ilə ölçülür. Cobb bucağı diaqnoz qoyarkən, təqib edərkən və müalicə seçiminə qərar verərkən yol göstərir.
Skoliozun müalicəsi xəstənin yaşı və əyriliyin dərəcəsindən asılı olaraq təqib( vaxtaşırı rentgen kontrol), korset müalicəsi və cərrahi müalicədən ibarətdir.
S.Kərimova


