Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazlar davam edir.
BAKU.NEWS erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün paytaxt İrəvanda vətəndaşlar avtomobillərlə yürüş ediblər.
Onlar Paşinyanı vəzifəsindən istefa verməyə çağırıblar.
Etirazçılar “Satqın Nikol, istefa!”, “Nikol, rədd ol” və digər şüarlar səsləndiriblər.


