Azərbaycanda sentyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-75 faiz, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti olacaq.
TREND
- İlin sonunadək Ağdamda 4 yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir
- Rəsmi Bakı başsağlığı verdi
- Pezeşkian Nyu-Yorka gedir – ABŞ-dən qəribə qadağa
- Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək
- Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb
- BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
- Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası – Elmir Muradov yazır
- Suverenliyin bərpası davamlı sülh üçün yeni imkanlar açıb


