Rusiyada koronavirusa yoluxma hallarının sayı son sutkada 21 438 nəfər artaraq 15 avqustdan bəri maksimum həddə çatıb.
BAKU.NEWS-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə xəstəliklərə qarşı mübarizə üzrə federal əməliyyat qərargahından məlumat verilib.
Məlumata görə, epidemiya başlayandan yoluxmuş insanların ümumi sayı 7 354 995-ə yüksəlib.
Nisbi baxımdan artım 0,29 faiz təşkil edib.
Koronavirusdan sağalanların sayı son sutkada 16 567 nəfər artıb, ümumilikdə 6 558 780 nəfər sağalıb.
Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı 820 artaraq 201 445-ə yüksəlib.


