Özbəkistanın Əndican şəhərində keçirilən Beynəlxalq TÜRKSOY Təşkilatının Daimi Şurasının 43-cü iclasında 2028-ci ilin Türk dünyasında Çingiz Aytmatov ili, Talas şəhərinin isə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi qərara alınıb.
Bu barədə TÜRKSOY-un baş katibi Sultan Raev sosial şəbəkə hesabında paylaşım edib.
Qərar Qırğızıstan üçün xüsusi əhəmiyyət daşıyır, belə ki, 2028-ci ildə görkəmli yazıçı Çingiz Aytmatovun 100 illik yubileyi qeyd olunacaq. Dünyanın bir çox dilinə tərcümə edilən əsərləri ilə tanınan ədib qırğız xalqının mənəvi dünyasını və milli dəyərlərini beynəlxalq müstəvidə tanıdıb.
“Manas” dastanının və Çingiz Aytmatovun vətəni olan Talas bölgəsinin mədəniyyət paytaxtı elan edilməsi ərazinin tarixinin, milli irsinin və turizm potensialının beynəlxalq səviyyədə tanıdılmasına dəstək verəcək.
Noyabrın 26-da Əndicanda işə başlayan TÜRKSOY-un Yüksək Səviyyəli Nümayəndələr Komitəsinin 8-ci iclasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan təmsilçiləri iştirak ediblər. Toplantıda Əndicanın 2026-cı ildə Türk Dünyasının Mədəniyyət Mərkəzi statusu çərçivəsində reallaşdırılan tədbirlərin yekunları dəyərləndirilib, üzv ölkələr arasında mədəni və humanitar əlaqələrin genişləndirilməsi müzakirə olunub.
TREND
- Leobank müştərilərinin nəzərinə – Köçürmələr üzrə komissiya 2 dəfə artırılır
- Şəkərlə bağlı geniş yayılmış yanlış fikir: Həkim həqiqəti açıqladı
- Əmək və Pensiyalar Nazirliyinə qarşı kiberhücum olub
- “Müxalifət Azərbaycanla sülhə “son maneə”dir” – Paşinyan
- Türk dünyasının mədəniyyət paytaxtı elan edildi
- Hava kəskin dəyişəcək- Leysan, şimşək, qar
- Həbs qoyulmuş 3 milyon manat və 6 nəfərin adı: Azinvest-də nə baş verir?
- Giləzi-Quşçuluq hadisəsi qida təhlükəsizliyini yenidən gündəmə gətirdi – mütəxəssisdən xəbərdarlıq


