Xəbər verdiyimiz kimi, sərbəst buraxılan məşhurlar arasında türkiyəli müğənni Özcan Dəniz də yer alıb.
İfaçının narkotik istintaqı çərçivəsində verdiyi ifadə üzə çıxıb.
Məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan sənətçi ittihamları rədd edib.
Təxminən 35 ildir peşəkar fəaliyyətlə məşğul olduğunu bildirən Özcan narkotik vasitələrdən istifadə etmədiyini və bu maddələri qəbul edən şəxslərlə eyni mühitdə olmadığını deyib. O, narkotik satışına və vasitəçiliyinə heç bir aidiyyəti olmadığını vurğulayıb.
Sənətçi əmlakı ilə bağlı da açıqlama verib. O, adına 7-8 daşınmaz əmlakın və bir avtomobilin olduğunu, birjada və ya investisiya fondlarında hesabının olmadığını bildirib.
Özcan təxminən iki ildir ürək xəstəliyi səbəbindən həkim təyinatı ilə dərman qəbul etdiyini də qeyd edib. (Axsam.az)
TREND
- Özcan Dəniz ifadəsində əmlaklarının sayını açıqladı
- Kiber cəhənnəm: 86 min müştərinin məlumatları və 100 milyon avro oğurlandı
- Onlayn kredit təkliflərində rəsmi müraciət kanalını necə ayırd etmək olar?
- Özcan Deniz Park Cinemada “Son Yemek” filmini şəxsən təqdim etdi – FOTOLAR
- AMB: Əhalinin borclanmasında artım davam edir
- “PAŞA Bank” X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
- Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
- Azərbaycanda median sürətin artım tempi son illərin ən aşağı səviyyəsinə düşüb


