Həbsdə olan müxalifət fəalı Aleksey Navanının çağırışı ilə Rusiyanın İrkutsk, Novosibirsk, Tomsk, Barnaul, Yakutsk, Yekaterinburq, Vladivostok, Omsk, Xabarovsk, Ulan-Ude, Uxta və s. şəhərlərində mitinq keçirilir.
BAKU.NEWS “TASS-a istinadən xəbər verir ki, Moskvada Lubyanka, Svetnoy Bulvar, Çistye Prudi, Turgenevskaya, Teatralnaya və s. metrostansiyalar bağlanıb.
Səfirliklərin binaları qarşısına və əsas yol qovşaqlarına gücləndirilmiş polis dəstələri yerləşdirilib. Mərkəzi metro stansiyaları da mühafizə olunur. Stansiyaların yaxınlığına xüsusi texnika və avtobuslar gətirilib.
Rusiya Daxili İşlər Nazirliyinin Moskvadakı Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün paytaxtın mərkəzində icazəsiz aksiyanın qarşısının alınması məqsədilə piyadaların hərəkətinə məhdudiyyətlər qoyulub.


