Ruhunuzu oxşayan, isti münasibət yaradan, dadlı yeməkləri ilə sizi hər zaman gözləyən “Cafe City”də bu dəfə jurnalistlər qonaq oldular.
22 iyul Milli Mətbuat Günü münasibətilə bütün “CafeCity” filialları, “LaQuzu”, “CityPark” və “CityPub” restoranlarının daxil olduğu #ByCafeСity qrupu Voice Agency və Media 5 ilə birlikdə jurnalistlər üçün Press-tur təşkil ediblər.
⠀
Tədbirdə #ByCafeCity qrupunun kafe və restoranlarının keyfiyyətə nəzarət üzrə meneceri Azər Cəfərov ilk öncə jurnalistləri bayram münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. O qeyd edib ki, fəaliyyətə başladığı ilk gündən #ByCafeCity KİV ilə səmərəli və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq qura bilib.⠀
Press-turun təşkilatçıları KİV-in ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını qeyd edərək jurnalistlərin öz qələmi və obyektiv mövqeyi ilə ictimai rəyin formalaşmasında ciddi amil olduğunu vurğulayıblar. ⠀
⠀
Tədbir 3 hissədən ibarət olub.
Birinci hissədə qısa mətbuat konfransı zamanı jurnalistlər əlamətdar günlə bağlı təəssüratlarını bölüşüb, #ByCafeCity qrupunun fəaliyyəti ilə tanış olublar.⠀
Tədbirin ikinci hissəsində jurnalistlərin Fəvvarələr Meydanında yerləşən “CafeCity Fountain” filialının mətbəxinə ekskursiyası təşkil olunub, burada jurnalistlər sanitar-gigiyena normalarına riayət olunmasını, o cümlədən yeməklərin hazırlanması proseslərini əyani şəkildə izləyiblər. Tur zamanı jurnalistləri maraqlandıran bütün suallar geniş şəkildə cavablandırılıb.⠀
Qala şam yeməyində jurnalistlərə Maxi.az tərəfindən hədiyyələr təqdim olunub. KİV öz növbəsində səmimi və mehriban şəraitdə keçən tədbirin təşkilinə görə #ByCafeCity rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.⠀
⠀
Tədbirdə Ceyhun Nəcəfov, Əli Əhmədov, Rahim Tarverdiyev, Nigar Abbasova, Tural İbadlı, Qafar Agayev, Gülnarə Məmmədova, Könül Cəfərli, Aslan Abbaszadə, Nərminə Manafova, Süleyman İsmayılbəyli, Fərdin İsazadə və Elgün Mənsimov kimi tanınmış⠀jurnalistlər iştirak etdilər.⠀













