Qazaxıstanda parlament seçkiləri yerli vaxtla saat 20:00–da başa çatıb.
BAKU.NEWS xəbər verir ki, Nur-Sultan vaxtı ilə saat 20:00-a kimi seçicilərin 63,1 faizi səs verib.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmış 6 siyasi partiyadan Qazaxıstan Xalq, Nur Otan, Auıl Xalq Demokratik, Ak Jol Demokratik, və Adal siyasi partiya seçkilərdə mübarizə aparır.
Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələri barədə qərarını yeddi gün ərzində elan edəcək.


