Qazax rayonunda bıçaqlanma hadisəsi olub.
BAKU.NEWS xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
Kənd sakini, 1999-cu il təvəllüdlü Şakir Muradov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.
Şakir Muradovun yeznəsi tərəfindən bıçaqlandığı ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.


