Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə start verilib.
Azərbaycan təmsilçisi “Qarabağ” “Tvente” ilə qarşılaşıb.
Niderlandda keçirilən ilk görüşə Bakı vaxtı ilə 22:00-da start verilib.
Gərgin keçən oyunun taleyini 1 qol həll edib. Kadi Borgesin 52-ci dəqiqədə vurduğu qol Ağdam təmsilçisinə minimalhesablı qələbə qazandırıb – 1:0.
Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
20 avqust
22:00 “Tvente” – “Qarabağ” 0:1
“Tvente”: Lars Unnerstall, Van Rooly, Ruud Niystad, Robin Pröpper, Aske Adelqaard, Ramiz Zerruki, Dauda Veydmann, Dan Rots, Vut Veqorst, Sondre Oryaster, Marko Pyatsa.
“Qarabağ”: Martin Zlomisliç, Bruno Lanqa, Bense Varkonyi, Bədavi Hüseynov, Mateus Silva, Marko Yankoviç, Samuel Lobato, Jali Muaddib, Oleksey Kaşuk, Kadi Borges, Musa Qurbanlı.


